"Nyukasl Yunayted" klubu yeni transferini açıqlayıb.

Offsideplus.az xəbər verir ki, Premyer Liqa təmsilçisi "Lester"in yarımmüdafiəçisi Harvi Barnsı heyətinə cəlb edib.

 "Nyukasl" bu transfer üçün qarşı tərəfə 40 milyon funt-sterlinq ödəyib. 25 yaşlı yarımmüdafiəçi ilə 5 illik müqavilə imzalanıb.