İtaliya "İnter"i heyətini yeni futbolçu ilə gücləndirmək niyyətindədir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi "Arsenal"ın mərkəz hücumçusu Folarin Baloqunu sıralarına qatmaq istəyir.

Məlumata görə, "Arsenal" 22 yaşlı futbolçu üçün 58 milyon avro tələb edir.

Bildirək ki, Baloqunun "topçular"la 2025-ci ilədək müqaviləsi var.