İngiltərənin "Aston Villa" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Reports"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Leverkuzen "Bayer"inin sağ cinah vingeri Mussa Diabini sıralarına qatmağa yaxındır.

Məlumata görə, tərəflər 24 yaşlı fransalı futbolçunun keçidi üçün 60 milyon avroya anlaşıblar.