İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Leypsiq"in mərkəz müdafiəçisi Josko Qvardiolla anlaşıb.

Məlumata görə, "şəhərlilər" 21 yaşlı futbolçunun keçidini tezliklə həll edəcək.