İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Mersisayd təmsilçisi, "Kristal Palas"ın yarımmüdafiəçisi Çik Dukureni sıralarına qatmaq niyyətindədir.

"Qırmızılar" 23 yaşlı futbolçunu komandadan ayrılaraq Səudiyyə Ərəbistanı klublarına keçəcəyi gözlənilən Cordan Henderson və Fabinyoya əvəzləyici olaraq görür.

"Kristal Palas" rəhbərliyi  isə Dukureni 55 milyon avroya satacağını bildirib.