İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "Qırmızı şeytanlar" İtaliya "İnter"inin qapıçısı Andre Onananı transfer etməyə yaxındır.

Məlumata görə, Premyer Liqa təmsilçisi 27 yaşlı qolkiper üçün 55 milyon avro ödəməyə razılaşıb.

MY kamerunlu "əlcək sahibi" ilə 5 illik müqaviləyə imza atmağa hazırlaşır.