İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçularla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Guardian"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, İtaliya "İnter"indən qapıçı Andre Onana, "Atalanta"dan isə mərkəz hücumçusu Rasmus Hoylundu sıralarına qatacaq.

"Qırmızı şeytanlar" kamerunlu qolkiperin keçidini həll etməyə çox yaxındır. Onun ardınca isə Hoylund transfer ediləcək.

Məlumata görə, MY rəhbərliyi forvard üçün 70 milyon avro xərcə düşəcək.