İngiltərənin "Liverpul" klubu "Brayton"un yarımmüdafiəçisi Moizes Kaysedonu transfer etmək fikrindən daşınıb.

 Offsidepus.az "talkSPORT"a istinadla xəbər verir ki, Mersisayd təmsilçisi Cordan Henderson və Fabinyonun Səudiyyə Ərəbistanı klubları ilə anlaşacaqları təqdirdə belə, Kaysedonu sıralarına qatmayacaq.

Bildirək ki, 21 yaşlı ekvadorlu futbolçu ilə "Çelsi" də yaxından maraqlanır.