Darvin Nunyes “Liverpul” klubunda 9 nömrəli formanı geyinəcək.
Offsideplus.az xəbər verir ki, klubun mətbuat xidməti Nunyesin yeni mövsümdə Roberto Firminonun gedişindən sonra boşalan 9 nömrəni daşıyacağını bildirib.
Qeyd edək ki, bundan əvvəl Endi Kerroll, Fernando Torres, Robbi Fauler, Yan Raş, Nikolya Anelka, Cibril Sisse və digər oyunçular “Liverpul”da “9 nömrə”ni daşıyıb.