"Mançester Siti" klubunun sağ cinah vingeri Riyad Mahrez seçim qarşısında qalıb.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, 32 yaşlı əlcəzairli futbolçu ya "Mançester Siti", ya da Səudiyyə Ərəbistanının "Əl-Əhli" klubunu seçməlidir.

Məlumata görə, İngiltərə təmsilçisi Mahrezə 30 milyon avroluq yeni müqavilə təklif edib.

Futbolçunun qərarını yaxın günlərdə açıqlayacağı gözlənilir.