İngiltərə “Arsenal”ının hücumçusu Folarin Baloqun karyerasını İtaliyada davam etdirə bilər.

Offsideplus.az “Daily Mail”ə istinadla xəbər verir ki, “Milan” klubu 22 yaşlı oyunçunu transfer etmək niyyətindədir.

Bildirək ki, Baloqun 2022/23 mövsümünü icarə əsasında “Reyms”də keçirib. O, Liqa 1 klubunun heyətində 39 oyuna çıxıb, 22 qol vurub və 3 məhsuldar ötürmə edib.