"Çelsi"nin hücumçusu Romelu Lukaku komandanın mövsümöncəsi məşqlərinə qatılmaq istəmir.
Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, 30 yaşlı belçikalı forvard "zadəganlar"ın yeni baş məşqçisi Maurisio Poçettinonun tələbinə əməl etmir.
O, karyerasını yenidən "İnter"də davam etdirmək istəyir.
Bildirək ki, Lukakunun "Çelsi" ilə 2026-cı ilədək müqaviləsi var.