"Nyukasl Yunayted" klubu futbolçusu Loris Kariusla müqavilənin müddətini uzadıb.

Offsideplus.az xəbər verir ki, 30 yaşlı qolkiperlə 1 illik yeni müqavilə imzalanıb. Beləliklə, o, 2023/2024 mövsümündə də sözügedən klubda çıxış edəcək.

Qeyd edək ki, L.Karius ötən ilin sentyabrında "Nyukasl"a transfer olunub. O, 2022/2023 mövsümündə klubun heyətində cəmi 1 oyuna çıxıb.