"Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettino komandanı yenidən qurmağı planlaşdırır. 

Offsideplus.az xəbər verir ki, argentinalı mütəxəssis bir çox futbolçu ilə danışıqlar aparacaq. O, Mudrik Mixaylo barədə bu sözləri deyib:

"Mövsüm başlamazdan əvvəl Mudriklə danışacam. Onu görmək və tanımaq istəyirəm. Daha sonra "Çelsi"nin gözlədiyi səviyyədə olmasına yardım etmək üçün ən yaxşı plan hazırlayacağıq".