İngiltərənin "Fulhem" klubunun sol cinah müdafiəçisi Antoni Robinson gələcək karyerası ilə bağlı qərarını verib.
Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, 25 yaşlı ABŞ-li futbolçu komandasında qalacaq.
Qeyd edək ki, Robinsonla "Mançester Siti" və "Milan" yaxından maraqlanır.
Əlavə edək ki, onun "Fulhem"lə 2024-cü ilə qədər müqaviləsi var.