Yeni mövsümdən İngiltərə Premyer Liqasında çıxış edəcək "Börnli" heyətinə yeni futbolçu qatmağa yaxındır.

 Offsideplus.az xəbər verir ki, ingilislər "Borussiya"nın (Dortmund) futbolçusu Sumaila Kulibalini icarə əasında heyətinə cəlb etməyə hazırlaşır. Bu barədə insayder Fabritsio Romano "Tvitter"də məlumat verib. 

Bildirilir ki, tərəflər arasında razılaşdırılan anlaşmaya əsasən, "Börnli" 19 yaşlı mərkəz müdafiəçisini 15 milyon avro qarşılığında məcburi satınalma hüququna sahib olacaq.

Qeyd edək ki, Kulibali keçən mövsüm Dortmund təmsilçisinin heyətində cəmi 2 oyuna çıxıb. Qol və assistlə yadda qalmayıb.  

Fəqan İbrahimli