“Nyukasl Yunayted” 24 saat ərzində “Milan”dan Sandro Tonali ilə müqavilə imzaladığını elan edəcək.

Offsideplus.az xəbər verir ki, yarımmüdafiəçi bir həftə öncə İngiltərə klubu ilə sözləşmə imzalayıb.

Tonalinin "sağsağanlar" ilə 2029-cu ilə qədər nəzərdə tutulan müqavilə imzalayacağı deyilir. “Rossonyerlər” 23 yaşlı futbolçu üçün 70 milyon avro və bonuslar əldə edəcək. Oyunçunun maaşı illik 7 milyon avro olacaq.