"Çelsi" klubu yeni mövsüm üçün transfer çalışmalarını davam etdirir.

 Offsideplus.az "Daily Express"ə istinadla xəbər verir ki, "zadəganlar" "Brayton"un yarımmüdafiəçisi Moizes Kaysedo üçün hərəkətə keçib.

"Çelsi"nin yeni baş məşqçisi Maurisio Poçettino 21 yaşlı futbolçunu sərəncamında görmək istəyir. 

Qeyd edək ki, Kaysedonun "Brayton"la 2027-ci ilədək müqaviləsi var.