"Barselona" klubunun sol cinah vingeri Ferran Torres karyerasını yenidən İngiltərə Premyer Liqasında davam etdirə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 23 yaşlı futbolçu ilə "Mançester Siti" yaxından maraqlanır.

"Şəhərlilər" ispaniyalı oyunçu üçün qarşı tərəfə 55 milyon avro təklif edir.

Bildirək ki, Torres 2021/22 mövsümündə MS-də çıxış edib.