İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Athletic"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Almaniya "Leypsiq"inin hücumameyilli yarımmüdafiəçisi Dominik Şobozlaini sıralarına qatmaq niyyətindədir.

Məlumata görə, Mersisayd təmsilçisinin rəhbərliyi 22 yaşlı macarıstanlı futbolçunun meneceri ilə görüşüb.

Şobozlai özü də "Liverpul"da çıxış etmək niyyətindədir.