"Mançester Yunayted" klubu "Çelsi"nin futbolçusunu heyətinə qatmaqda israrlıdır.

 Offsideplus.az "Telegraph Football"a istinadla xəbər verir ki, söhbət "zadəganlar"ın hücumameyilli yarımmüdafiəçisi Meyson Mountdan gedir.

"Qırmızı şeytanlar" 24 yaşlı futbolçu üçün qarşı tərəflə yenidən danışıqlara başlayacaq.

Qeyd edək ki, Mountun "Çelsi" ilə 2024-cü ilədək müqaviləsi var.