"Mançester Siti"dən ayrılmağa hazırlaşan Zak Steffenə "elçi" var.

 Offsideplus.az "The Telegraph"a istinadla xəbər verir ki, 28 yaşlı qolkiperlə "Lester Siti" maraqlanır.

"Tülkülər" ABŞ-li "əlcək sahibi"ni bu yay sıralarına qatmağı düşünür.

Bildirək ki, Zak Steffenin MS ilə 2025-ci ilədək müqaviləsi var.