İngiltərənin "Mançester Yunayted" klubu transfer siyahısında olan futbolçunu əldən buraxıb.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Yuventus"un mərkəz yarımmüdafiəçisi Adrien Rabyonu rənglərinə bağlamaq şansını itirib.

Belə ki, 28 yaşlı fransalı futbolçu A Seriyası klubu ilə daha bir illik müqavilə bağlayıb.

Bildirək ki, MY Rabyonun keçidini bu yay həll etmək istəyirdi.