"Mançester Yunayted"in futbolçusu  Aleks Telles yenidən Portuqaliya çempionatında çıxış edə bilər.

Offsideplus.az xəbər verir ki, braziliyalı cinah müdafiəçisi üç il sonra yenidən sabiq komandası "Portu"da oynaya bilər. Bu barədə "O Jogo" nəşri məlumat yayıb.

Mənbənin sözlərinə görə, 30 yaşlı futbolçu yeni mövsüm “qırmızı şeytanlar”ın heyətində oyun praktikası qazanacağına şübhə edir və buna görə də Portuqaliya komandasına keçməyə hazırdır.

Qeyd edək ki, MY ilə müqaviləsinin başa çatmasına 1 il qalan Telles ötən mövsümü icarə əsasında "Sevilya"da keçirib.

Fəqan İbrahimli