"Mançester Siti" "Leyptsiq"in futbolçusu Yoşko Qvardiol ilə şəxsi müqavilə şərtlərini razılaşdırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano "Tvitter" səhifəsində məlumat verib. Xorvatiyalı müdafiəçi üçün klublar arasında danışıqlar aparılacaq. Bildirilir ki, "şəhərlilər"in baş məşqçisi Pep Qvardiola bu keçidi yüksək qiymətləndirir.
Bundesliqa təmsilçisi 21 yaşlı futbolçunu 100 milyon avrodan aşağı qiymətə satmayacağına ümid edir.
Fəqan İbrahimli