İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Gazetta Dello Sport"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, İtaliya "İnter"inin qapıçısı Andre Onananı rənglərinə bağlamağa yaxındır.

Məlumata görə, "qırmızı şeytanlar" 27 yaşlı kamerunlu "əlcək sahibi"nin keçidini bu yay həll edəcək.

Bildirək ki, Onananın "İnter"lə 2027-ci ilədək müqaviləsi var.