İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirmək istəyir.

 Offsideplus.az "L'Equipe"yə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Monako"nun mərkəz müdafiəçisi Aksel Disasini transfer etmək niyyətindədir.

Məlumata görə, "qırmızı şeytanlar" 25 yaşlı fransalı üçün qarşı tərəfə 40 milyon avro təklif edib.