İngiltərənin "Mançester Yunayted" klubu futbolçusu Markus Reşfordla yeni müqavilə imzalamağa hazırlaşır.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" 25 yaşlı sol cinah vingerini komandada saxlamaq niyyətindədir.
Onunla daha 2 illik yeni sözləşmə imzalanacağı gözlənilir.
Bildirək ki, Reşfordla Münhen "Bavariya"sı maraqlanır.