"Everton" Cenk Tosundan sonra daha bir hücumçu transfer edib.

Offsideplus.az xəbər verir ki, Liverpul təmsilçisi "Arsenal"dan Teo Uolkottun keçidini rəsmiləşdirib. 28 yaşlı forvardla 3,5 illik müqavilə imzalanıb. İngiltərə millisinin üzvünün transferi "Everton"a 20 milyon funt-sterlinqdən baha başa gəlib. Təcrübəli futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Qeyd edək ki, Ulkott 12 il şərəfini qoruduğu "Arsenal"da 397 oyun keçirib, 108 qol vurub.