İngiltərənin üç nəhəng klubu - "Liverpul", "Çelsi" və "Mançester Siti" Madrid "Real"ının futbolçusuna "elçi düşüb".

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, söhbət "kral klubu"nun mərkəz yarımmüdafiəçisi Federiko Valverdedən gedir.

Hər üçn klub bu yay 24 yaşlı uruqvaylı futbolçunu heyətinə qatmaq istəyir.