"Əl -Əhli" yaxın müddətdə "Çelsi"nin qapıçısı Eduard Mendi ilə müqavilə imzalayacaq.

 Offsideplus.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi fransalı qolkiperdən savayı bu həftə London klubun daha iki üzvü mərakeşli Hakim Ziyeç və müdafiəçi Xalidu Kulibali ilə sözləşmə imzalayacaq. Bu barədə insayder Fabritsio Romano məlumat yayıb. 

Xəbərə görə, Asiya təmsilçisi 30 yaşlı fransalı qapıçı ilə anlaşmanın müddəti 3 illik nəzərdə tutulub.

Fəqan İbrahimli