Premyer Liqa təmsilçisi "Bornmut" baş məşqçisi Qari O' Nil ilə yollarını ayırıb.
Offsideplus.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Yaxın saatlarda yeni baş məşqçinin adının açıqlanacağı bildirilir.
Xatırladaq ki, 40 yaşlı mütəxəssis ötən ilin noyabrından İngiltərə klubuna rəhbərlik edirdi.
Qeyd edək ki, "Bornmut" onun başçılığı altında 39 xalla İPL-sını 15-ci pillədə başa vurmuşdu.
Fəqan İbrahimli