İngiltərənin "Çelsi" klubu İtaliya "İnter"inin qapıçısı Andre Onanadan əl çəkib.
Offsideplus.az "Evening Standart"a istinadla xəbər verir ki, buna səbəb 27 yaşlı qolkiperin London təmsilçisinin təkliflərini rədd etməsi olub.
Kamerunlu "əlcək sahibi" "zadəganlar"ın formasını geyinmək istəmir.
Məlumata görə, o, karyerasını "Mançester Yunayted"də davam etdirmək niyyətindədir.