İngiltərənin "Liverpul" klubu tanınmış futbolçunu transfer etmək fikrindən daşınıb.

 Offsideplus.az "Anfield Edition"a istinadla xəbər verir ki, söhbət "Leypsiq"in mərkəz müdafiəçisi Josko Qvardioldan gedir.

Məlumata görə, 21 yaşlı xorvatiyalı futbolçu üçün yüksək məbləğ tələb olunduğundan, "qırmızılar" bu transferdən imtina edib.

Lakin mənbə məbləği qeyd etməyib.