İngiltərənin "Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar" "Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Meyson Mountla bütün şərtlərdə razılıq əldə edib.

Geriyə 24 yaşlı futbolçunun keçidinin rəsmi olaraq açıqlanması qalıb.

Bildirək ki, Mount 2019-cu ildən "Çelsi"də çıxış edir.