İngiltərənin "Çelsi" klubunun yeni baş məşqçisi Maurisio Poçettino daha bir futbolçunun komandada qalmasını istəyir.
Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, təcrübəli argentinalı çalışdırıcı "zadəganlar"ın qapıçısı Kepa Arrisabalaqanı da növbəti mövsüm sərəncamında görmək istəyir.
Bildirək ki, ispaniyalı qapıçının "Çelsi" ilə 2025-ci ilədək müqaviləsi var.