İngiltərənin "Çelsi" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "The Times"ə istinadla xəbər verir ki, London təmsilçisi, İtaliya "İnter"inin hücumçusu Lautaro Martinesə "elçi düşüb".

"Zadəganlar" 25 yaşlı argentinalı forvardı yay transfer pəncərəsində heyətinə qatmaq niyyətindədir.

Bildirək ki, Martineslə "Mançester Yunayted" və "Arsenal" da yaxından maraqlanır.