"Çelsi"nin yarımmüdafiəçisi Mateo Kovaçiç iş yerini dəyişə bilər.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, 29 yaşlı xorvatiyalı futbolçu "Mançester Siti" ilə anlaşmağa yaxındır.

Məlumata görə, tərəflər bütün şərtlərdə razılığa gəlib.

Qeyd edək ki, Kovaçiçin "Çelsi" ilə 2024-cü ilədək müqaviləsi var.