İngiltərənin "Arsenal" klubu mərkəz müdafiəçisi Villiam Saliba ilə danışıqlar masasına əyləşib.

 Offsideplus.az "Sky Sports"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi 22 yaşlı fransalı futbolçu ilə müqavilə müddətini uzatmaq istəyir.

Məlumata görə, tərəflər arasında bu yöndə danışıqlar müsbət məcrada keçir.