"Mançester Yunayted" "Çelsi"nin futbolçusunu transfer etmək istəyir. 

Offsideplus.az xəbər verir ki, "qırmızı şeytanlar" Meyson Mauntun mümkün keçidi üçün qarşı tərəfə təklif göndərməyə hazırlaşır. Bu barədə jurnalist Fabritsio Romano məlumat yayıb. 

"Mançester Yunayted"in transferdə səbirli olduğu bildirilir, klub Mauntun transferini bitirməyə çalışacaq.

 

Günay Xəlil