İngiltərənin "Mançester Yunayted" klubu tanınmış futbolçusu ilə yolları ayırmağa hazırlaşır.
Offsideplus.az xəbər verir ki, söhbət komandanın mərkəz yarımmüdafiəçisi Donni van de Beekdən gedir.
Bu barədə məlumatı Fabrizio Romano yayıb.
"Qırmızı şeytanlar" 26 yaşlı futbolçu ilə yola davam etmək niyyətində deyil.
Qeyd edək ki, Van de Beekin MY ilə 2025-ci ilədək müqaviləsi var.