Fransanın PSJ klubundan ayrılmaq istəyən Neymar İngiltərə çempionatında çıxış edəcək.
Offsideplus.az xarici mətbuata istinadla xəbər verir ki, “Mançester Yunayted” və “Nyukasl”dan sonra “Çelsi” də braziliyalı hücumçunu transfer etmək üçün hərəkətə keçib. Bildirilir ki, London təmsilçisinin yeni baş məşqçisi Maurisio Poçettino 2021-2022 mövsümündə PSJ-də işləyərkən Neymarla birgə çalışıb.
Argentinalı mütəxəssis klub rəhbərliyinə Neymarı transfer etmək üçün tapşırıq verib. Lakin iddia edilir ki, “Nyukasl” klubu Neymarı transfer etmək üçün daha çox büdcə ayrımağa hazırdır. Neymarın UEFA Çempionlar Liqasına vəsiqə qazanan “Nyukasl”ın təklifinə ilkin razılıq verdiyi deyilir.