"Mançester Yunayted" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, "Fiorentina"nın yarımmüdafiəçisi Sofyan Amrabatla güclənmək niyyətindədir.

Məlumata görə, "qırmızı şeytanlar" 26 yaşlı futbolçunun keçidini yayda həll edəcək.