"Çelsi"nin hücumameyilli yarımmüdafiəçisi Meyson Mount iş yerini dəyişə bilər.

 Offsideplus.az "Football İnsider"ə istinadla xəbər verir ki, 24 yaşlı futbolçu ilə "Mançester Yunayted" klubu yaxından maraqlanır.

Məlumata görə, "qırmızı şeytanlar" Mounta həftəsinə 200 min funt sterlinq verməyə hazırdır.

Qeyd edək ki, ingiltərəli futbolçunun "Çelsi" ilə 2024-cü ilədək müqaviləsi var.