İngiltərənin "Liverpul" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Football Transfers"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, Fransa "Nitsa"sının yarımmüdafiəçisi Kepren Türamın transferində liderdir.

İngiltərədən bir neçə "elçi"si olan 22 yaşlı futbolçu "Liverpul"la anlaşmağa yaxındır.

Qeyd edək ki, Türamın "Nitsa" ilə 2025-ci ilədək müqaviləsi var.