"Mançester Yunayted" klubu heyətini yeni futbolçu ilə gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, "Qırmızı şeytanlar" "Nottingem Forest"dən ayrılmağa hazırlaşan sabiq yarımmüdafiəçisi Cesse Linqardı geri qaytarmaq niyyətindədir.

Bildirək ki, Linqardın "Nottingem Forest"lə müqaviləsi bu ayın 30-da başa çatır.