İngiltərənin "Çelsi" klubu yayda heyətə əməlli-başlı əl gəzdirəcək.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, London təmsilçisi artıq komandada qalacaq və satılacaq oyunçuları müəyyənləşdirib.

Belə ki, "zadəganlar" adı başqa klublarla hallanan Meyson Mount, Romelu Lukaku, Rahim Sterlinq, Kay Havets və Tyaqo Silvanı satmayacaq. Sözügedən oyunçular növbəti mövsüm də "Çelsi"nin uğurları üçün çalışacaqlar.

Kristian Pulişiç, Mateo Kovaçiç və Pyer-Emerik Obameyanqa isə yol görünəcək.

Bu siyahını isə rəhbərliyə londonluların yeni baş məşqçisi Mauriso Poçettino verib.