"Çelsi" Maurisio Poçettinonun baş məşqçi təyin olunduğunu açıqlayıb.
Offsideplus.az klubun rəsmi saytına istinadən xəbər verir ki, argentinalı mütəxəssis iyulun 1-də işə başlayacaq. O, daha bir mövsüm uzatmaq imkanı ilə iki illik müqavilə imzalayıb.
Qrem Potterin qovulmasından sonra Frenk Lempard "Çelsi"nin baş məşqçisi vəzifəsini icra etməyə başlayıb.
51 yaşlı məşqçinin son iş yeri 2022-ci ilin yayında qovulduğu PSJ olub. O, daha əvvəl Premyer Liqada “Tottenhem”i çalışdırıb.
Qeyd edək ki, "Çelsi" mövsümün sonunda İPL-da turnir cədvəlini 12-ci pillədə başa vuraraq, son 29 ildə ən pis nəticə göstərib.
Fəqan İbrahimli