İngiltərənin "Arsenal" klubunun gənc qapıçısı Artur Okonkuo Avstriya "Zalsburq"unun maraq dairəsindədir.

 Offsideplus.az "Goal.com"a istinadla xəbər verir ki, Avstriya təmsilçisi 21 yaşlı qolkiperi yayda sıralarına qatmaq istəyir.

Qeyd edək ki, Okonkuo hazırda icarə əsasında "Şturm Qras"da çıxış edir.