İngiltərənin "Mançester Siti" klubu heyətini yeni futbolçuyla gücləndirməyə hazırlaşır.

 Offsideplus.az "Fichajes"ə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisi, PSJ-nin mərkəz yarımmüdafiəçisi Marko Verrattini sıralarına qatmaq niyyətindədir.

"Şəhərlilər"in baş məşqçisi Pep Qvardiola 30 yaşlı italiyalını yayda sərəncamında görmək istəyir.

Qeyd edək ki, Verrattinin PSJ ilə 2026-cı ilədək müqaviləsi var.